Məqalalar / Qur'an / QURAN ELMLƏRİ İLƏ TANIŞLIQ
11.01.07
15:37:14
1003
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
ÖN SÖZ
Qurani-Kərim Allah-taala tərəfindən bütün insanların hidayəti üçün göndərilmiş sonuncu səmavi kitabdır. Allah-taala bu barədə buyurur:
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدىً وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ.
"Ey insanlar! Şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün öyüd-nəsihət, qəlblərdə olan (mənəvi xəstəliklər) üçün şəfa və möminlər üçün hidayət və rəhmət (kitabı, Quran) gəlmişdir."[1]
Bu müqəddəs kitabın buyuruqlarını daha yaxşı başa düşüb, onları həyata keçirmək üçün öncə "Quran elmləri" ilə lazım qədər tanış olmaq lazımdır.
Saytimizin bu hiss'sind' "Quran elmləri" barədə əziz oxucular üçün zəruri və ilkin məlumatlar verilmişdir.
Qeyd etmək lazımdır ki, bu yazı əziz oxucuların "Quran elmləri" ilə ilk tanışlığı üçün iyirmi bir hissədə tənzimlənmişdir.
Ümidvarıq ki, müqəddəs kitabımız Qurani-Kərim yolunda çəkdiyimiz bu kiçik zəhmət Allah-taala dərgahında qəbul olunacaq və İslam şəriətinin sahibi həzrət Məhəmməd (s) və Onun məsum Əhli-beytinin (ə) lütfünə layiq görüləcəkdir. İnşaallah!
QURANIN MƏNASI VƏ MÖVZULARI
Quranın mənası
"Quran" müsəlmanlar, hətta qeyri-müsəlmanlar arasında Allah-taala tərəfindən İslam peyğəmbəri həzrət Məhəmmədə (səlləllahu əleyhi və Alih) nazil olmuş müqəddəs və səmavi kitabın adıdır.
"Quran" sözü, əslində "qərəə" [قراء] kökündən olub, "tilavət" (oxumaq) mənasını daşıyır.
Deməli, "Quran" sözü müqəddəs kitabımız çox oxunduğu üçün əslində "qərəə" [قراء] kökündən olmuş və "tilavət" (oxumaq) mənasınını daşımışdır.
Əziz Peyğəmbərimizə (ə) nazil olmuş və yüz on dörd surədən ibarət olan bu sonuncu və səmavi sayılan müqəddəs kitaba sonradan "Quran" olaraq ad verilmişdir.
Qurani-Kərimin ehtiva etdiyi ümumi
mövzular
İslam peyğəmbəri həzrət Məhəmmədə (səlləllahu əleyhi və Alih) nazil olmuş müqəddəs Quranda müxtəlif yönümlərlə söz açılmış və insanların hidayəti ilə bağlı bütün mövzu və məsələlərə işarə olunmuşdur.
İslam alimləri arasında mövcud olan məşhur bir baxışa əsasən, Qurani-Kərim aşağıdakı üç hissəni ehtiva edir və bu müqəddəs kitabda olan surə və ayələr aşağıdakı mövzulardan ibarətdir:
1. Əqidələr;
2. Dini hökmlər;
3. Əxlaq
Deməli, Qurani-Kərimdə mövcud olan ilahi sözlərin hər biri yuxarıda qeyd olunmuş üç mövzudan birinə aiddir.
QURAN SURƏLƏRİNİN FƏZİLƏTİ
Allah-taala Qur'ani-Kərimin insanları hidayәt etmәsi barәdә buyurur:
“Şübhәsiz, bu Qur`an [insanları] daha möhkәm [vә doğru] yola hidayәt edir”.["İsra" surәsi. 9-cu ayә]
Belәliklә, bu müqәddәs kitabın bәşәriyyәti hidayәt etmәsi barәdә şübhә etmәk, әsassız bir şeydir. Әziz Peyğəmbərimiz Həzrət Məhәmmәd (s) vә onun mә'sum Əhli-beytindən (ə) bizә çatmış bir çox hәdislәr, Qur'ani-Kərimә nәzәr salmağın, hәmçinin onun mübarәk surәlәrinin oxunuşunun ibadәt sayılması vә bunun üçün çoxlu savabların verilmәsindәn xәbәr verir.
Həzrət Məhәmmәd (s) buyurur:
“Üç şeyә [baxmaq] ibadәtdir:
1. Valideynin üzünә baxmaq;
2. Qur'ana baxmaq;
3. Dәnizә baxmaq”.["Mizanul-hikmәt", 8/3289, 20267-ci hәdis]
Hәmçinin, bir sıra hәdislәrdә Qur'anın hәr hansı bir surәsinin oxunuşu üçün böyük vә çoxlu savablar buyurulmuşdur.
Bir çoxları belә hәdislәri oxuduqda, onlarda vә'd verilәn böyük savablara çatmaq üçün yalnız Qur'an surәlәrini oxumaqla kifalәtlәnib vә belәliklә dә, böyük savablara çatdıqlarını güman edirlәr. Bu isә yalnış bir xәyaldır!
Qur'ani-Kərim bütün insanlar üçün hidayәt kitabı olsa da, heç vaxt tәkcә oxunmaq üçün nazil olmamışdır. Әksinә, onu oxuyanlar müqәddәs ayәlәr haqtında tәfәkkür etmәli va daha sonra orada buyurulmuş göstәrişlәrә әmәl etmәlidirlәr. Yalnız bu halda hidayәt vә sәadәt yoluna çatmaq olar. Qur'ani-Kərimdә oxuyuruq:
“Bu [Qur'an], sәnә nazil etdiyimiz bәrәkәtli kitabdır. [Müsәlmanlar] onun ayәlәri üzərində düşünüb vә ağıl sahiblәri yada salsınlar”.["Sad" surәsi, 29-cu ayә]
Amma, çox tәәssüflәr olsun ki, bu gün Qur'ani-Kərimi oxuyub, onun göstәrişlәrinә әmәl etmәk әvәzinә, yalnız onun oxunuşu vә ya әzbәrlәnmәsi ilә kifayәtlәnirik. Bu isә әsl hәqiqәtdә, Qur'ani-Kərimin nazil olma hәdәflәrini hәyata keçirmir. Həzrət İmam Әli (ə) buyurur:
“[İslam] ümmәti üçün elә bir zaman gәlәcәkdir ki, o zaman Qur'anın tәkcә yazısı, İslam [dininin] isә yalnız adı qalacaqdır. [O zamanda] xalqın mәscidlәrinin binası abad, [lakin] hidayәtdәn uzaq olacaqdır”.["Qurәrul-hikәm", sәh. 111, 1981-ci hәdis.]
Qur'ani-Kərimi tәkcә üzündәn oxumaq, heç kimi hәdislәrdә vә'd verilmiş böyük savablara çatdırmaz. Bu böyük vә`dlәrin hәyata keçmәsi üçün Qur'ani-Kərimi yazılış vә oxunuş qürbәtindәn çıxarıb, onun göstәrişlәrinә әmәl etmәk lazımdır. Həzrət Peyğəmbər (s) buyurur:
“Bir çox Qur'an oxuyanlar vardır ki, Qur'an onları lә'nәtlәyir”.["Mizanul-hikmәt", 6/2529, 16550-ci hәdis.]
Gördüyünüz kimi bu hәdisә әsasәn, yalnız üzündәn vә ya әzbәrdәn Qur'an oxumaq heç dә insan üçün qurtuluş yolu deyil, әksinә bә`zi hallarda, bu müqәddәs kitab onu oxuyanlara lә'nәt oxuyur.
İmam Әli (ə) Qur'an oxunuşu barәdә belә buyurur:
“Agah olun! Düşüncә olmayan [Qur'an] oxunuşunda heç bir fayda yoxdur!”["Mizanul-hikmәt". 6/2528, 16534-cü hәdis]
Digər bir hәdisdә Həzrət İmam Sadiq (ə) buyurur:
“Qur'ani-Kərimi [oxuyub, onunla tanış olun]. Belәliklә, sizdәn qabaqkıların әmәl edib sәadәtә çatdığı ayә ilә rastlaşdıqda ona әmәl edin vә sizdәn qabaqkıların әmәl edib hәlak olduğu ayә ilә rastlaşdıqda isә o [işlәrdәn] çәkinin”.["Tәfsirul-Әyyaşi",1/5, 6-cı hәdis.]
Qeyd olunmuş hәdislәrә әsasәn, başa düşürük ki, Qur`ani-Kərimi tәkcә oxumaq kifayәt deyil, әksinә, onun ayәlәrini oxumaqla yanaşı tәfәkkür edib, mә'nәvi tә'sir almalı, hәmçinin, öz hidayәtimizә aid göstәrişlәrә әmәl edib, hәlak olmağa sәbәb olan әmәllәrdәn çәkinmәliyik.
Qeyd olunmuş sözlәrdәn aşağıdakı nәticәlәri alırıq:
1. Qur'ani-Kərim bәşәriyyәti sәadәt yoluna hidayәt etmək üçün nazil olmuşdur.
2. Bir çox hәdislәrdә Qur'ani-Kərimә nәzәr salmaq vә onun mübarәk surәlәrini oxumaq üçün böyük savablar vә'di verilmişdir.
3. Bəzi hәdislәrdә bir çox Qur'an oxuyanların lә'nәtlәndiyinә işarә olunmuşdur.
4. Belәliklә, vә'd verilmiş böyük savablara nail olub, hәr növ ziyankarlıqdan xilas olmaq, hәmçinin, sәadәtә çatmaq üçün Qur'ani-Kərimin ayәlәrindә tәfәkkür etmәli vә onun göstәrişlәrini hayata keçirmәliyik.
Bә'zi hәdislәrdә olan mәzәmmәtlәr isә Qur'anı oxuyub onun göstәrişlәrinә әmәl etmәyәnlәrә aiddir.
Qur'ani-Kərimin göstәrişlәrinә әmәl etmәyi, onun kiçik surәlәrinin biri ilә aydınlaşdırmaq çox münasibdir. Həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Hәr kәs Qur'anın "Әsr" surәsini oxuyarsa, Allah-taala onun aqibәtini yaxşılıqla (xeyirlә) sona yetirәr vә o şәxs, haqq sәhabәlәrindәn olar”.
Qeyd etdiyimiz izahlara әsasәn, bu gözәl vә'din hәyata keçmәsi üçün ilk növbәdә "Әsr" surәsinin ayәlәrindә tәfәkkür etmәli vә daha sonra orada olan göstәrişlәri hәyata keçirmәliyik.
Elә bu niyyәtlә "Әsr" surәsinә nәzәr salıb, onun ayәlәrini araşdırır vә belә nәticә alırıq ki, Allah təala bu kiçik surәdә, әsrә (zamana) and içdikdәn sonra dörd xislәtdәn kәnar olan bütün insanların ziyankarlıqda olmasından xәbәr vermişdir. Qeyd etdiyimiz dörd xislәt isә bunlardır:
1. İman;
2. Saleh әmәl;
3. Haqq işlәri tövsiyә etmәk;
4. Sәbir vә dözümü tövsiyә etmәk.
Bu mәrhәlәdәn sonra qeyd olunmuş dörd xislәtә әmәl etmәklә hәdisdә buyurulmuş haqq sәhabәlәrindәn olub, xoş aqibәtlә ömrümüzü başa vura bilәrik.
Bu da nәticә e'tibarilә "Әsr" surәsinin buyurduğu ziyankarlıqdan uzaq olmaq demәkdir. Belә ki, bu göstәrişlәrә әmәl etmәdәn heç vaxt ziyankarlıqdan xilas olmaz vә әziz Peyğəmbərimizin buyurduğu, gözәl vә'dlәrә nail ola bilmәrik.
Ümid edirik ki, әziz oxucular Qur'anın oxunuşuna rәğbәtlәnib, onun göstәrişlәrini müvәffәqiyyәtlә hәyata keçirsinlәr! İnşaallah.
QURANİ-KƏRİMİN ADLARI VƏ YA SİFƏTLƏRİ
Allah-taalanın insanların hidayəti üçün göndərdiyi müqəddəs Quranın bir sıra adları və ya sifətləri də vardır ki, burada onların müəyyən bir qismi ilə tanış oluruq:
1-"Quran" (oxunulan, toplanmış və ...);
2-"Fürqan" (haqq ilə batili bir-birindən ayıran);
3-"Kitab" (yazılmış və ya toplanmış);
4-"Zikr" (haqq və həqiqəti yada salan və xatırladan);
5-"Tənzil" (tədricən nazil olan);
6-"Moizə" (öyüd-nəsihət);
7-"Təzkirə" (öyüd-nəsihət, xatırlama amili);
8-"Zikra" (öyüd-nəsihət);
9-"Bəyan" (xəbər);
10-"Hüda" (hidayət);
11-"Şəfa" (müalicə, məlhəm);
12-"Hikmət" (dolğun mənalı və əsaslı);
13-"Həkim" (hikmətli);
14-"Hadi" (hidayət edən);
15-"Nur" (aydınlıq, işıq);
16-"Rəhmət" (mərhəmət);
17-"Nemət" (nemət, verilmiş ilahi pay);
18-"Həqq" (haqq və doğru);
19-"Tibyan" (izah edən, aydınlaşdıran);
20-"Bəsair" (bəsirət, aydınlıq);
21-"Mübarək" (xeyir-bərəkətli);
22-"Məcid" (şanlı, əzəmətli);
23-"Əziz" (dəyərli, qiymətli, böyük, məğlub edilməz);
24-"Əzim" (əzəmətli);
25-"Kərim" (qorunmuş, uca və kəramətli);
26-"Sirac" (çıraq);
27-"Münir" (nurlu, işıqlı);
28-"Bəşir" (müjdə verən);
29-"Nəzir" (qorxudan);
30-"Sirat"; (Fatihə surəsi, ayə: 6) və s.
Unutmamalıyıq ki, yuxarıda sadalananlar Qurani-Kərimin adları yox, onun sifət və vəsfləri sayılır.
Çünki Qurani-Kərimin yalnız bircə adı vardır ki, o isə "Quran"dır.
Deməli, məlum olur ki, müqəddəs kitabımızın yalnız bir adı ("Quran"), onlarca vəsf və sifəti vardır.
QURANİ-KƏRİMİN BÜTÜN MÖVZULARA AİD OLMASI
On dörd əsr öncə İslam peyğəmbərinə (s) nazil olmuş bu müqəddəs kitab yalnız dəfn və hüzr mərasimlərində oxunmaq üçün yox, əslində bütün insanların hidayəti üçün nazil olmuşdur.
Elə buna görə də bu kitabda insanların hidayətinə aid olan bütün mövzular və məsələlərdən söz açılmış, onlara işarə olunmuşdur.
Allah-taala müqəddəs Quranın bir sıra ayələrində bu səmavi kitabın xüsusiyyətlərini zikr etmişdir. Onların bir neçəsini qeyd edirik:
1-Qurani-Kərimdə oxuyuruq:
وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَاناً لِكُلِّ شَىْءٍ وَهُدىً وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ.
"Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!"[2]
2-Müqəddəs Quranda buyurulur:
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُوراً.
"Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdilər)."[3]
Bu isə ilk növbədə Qurani-Kərimdə hər bir mövzudan söz açıldığını və onun hər bir şeyə hərtərəfli ehtivasını göstərir.
Həmçinin İslam peyğəmbəri (s) və Onun Əhli-beytindən (ə) nəql olunmuş müxtəlif hədis və rəvayətlərdə də müqəddəs Quranın bu xüsusiyyətinə toxunulmuşdur. Burada onların bir neçəsini qeyd edirik:
1-İslam peyğəmbəri (s) buyurmuşdur:
"Hər kəs əvəllərdə və axırda (olanların haqqında) elm istəyirsə, Quran (ayələrinin mənalarını) dərindən düşünsün."[4]
2-İmam Sadiq (ə) digər bir hədisdə buyurur:
"Allah kitabında (Quranda) iki nəfərin arasında ixtilaflı sayılan və həlli olmayan bir şey yoxdur. Lakin (adi) insanların ağlı onu dərk edə bilmir."[5]
Unutmamalıyıq ki, Qurani-Kərimin bu kimi ayələri, həmçinin, qeyd olunmuş uyğun hədis və rəvayətlər müqəddəs Quranda insanların hidayəti və səadəti ilə bağlı bütün mövzular və məsələlərdən söz açıldığını göstərir.
Çünki Allah-taala Qurani-Kərimi yalnız insanları hidayәt etmәk üçün nazil etmiş və bu barәdә buyurmuşdur:
ذَلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدىً لِلْمُتَّقِينَ.
"Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır".[6]
Deməli, Qurani-Kərim bütün insanlar üçün Allah-taala tərəfindən göndərilmiş bir hidayət və səadət kitabıdır.
QURAN SURƏLƏRİNİN OXUNUŞUNUN FƏZİLƏTİ
Әziz Peyğəmbərimiz həzrət Məhәmmәd (s) vә onun mәsum Əhli-beytindən (ə) bizә çatmış bir çox hәdislәr Qurani-Kərimә nәzәr salmağın, hәmçinin, onun surәlәrinin oxunuşunun ibadәt sayılmasını vә bunun müqabilində çoxlu savablar nəzərdə tutulduğunu xәbәr verir. Bu barədə üç hədisi qeyd etmək olar:
1-Əziz Peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurmuşdur:
"Həqiqətən, bu qəlblər dəmir paslandığı kimi paslanır (qəsavətli olur). "Soruşdular: "Ey Allahın elçisi! Onun cilası nədir?" Həzrət (s) buyurdu: "Quran oxumaq."[7]
2-Həzrət peyğəmbər (s) digər bir hədisdə buyurur:
"Ümmətimin ən üstün ibadəti Quranı üzündən oxumaqdır."[8]
3-Həzrət Peyğəmbər (s) öz səhabəsi Əbuzərə belə vəsiyyət etmişdir:
"Sənə Quran oxumağı və Allahı çox zikr (yad) etməyi (tövsiyə edirəm). Çünki həqiqətən də, o, sənin üçün göydə zikr, yerdə isə nur sayılır."[9]
4-Ənəs ibn Malik həzrət Peyğəmbərin (s) ona belə buyurduğunu nəql etmişdir:
"Gündüz və gecə çağlarında Quran oxumağı unutma. Həqiqətəndə, Quran ölmüş qəlbi dirildir, (insanı) pis və nalayiq işlərdən çəkindirir."[10]
5-İslam Peyğəmbəri (s) buyurmuşdur:
"Hər kəs hər gecə on ayə oxusa, qafillərdən yazılmaz və hər kəs əlli ayə oxusa, (Allahı) zikr edənlərdən yazılar..."[11]
Bir çoxları Quran oxumağın savab və faydaları barədə yuxarıda qeyd olunmuş hәdislәri oxuduqda vәd edilәn böyük savablara çatmaq üçün yalnız Quran surәlәrini oxumaqla kifalәtlәnir vә belәliklә dә, böyük savablara çatdıqlarını güman edirlәr. Bu isә yanlış bir fikirdir!
Qurani-Kərim tәkcә oxunmaq üçün nazil olmamışdır. Әksinә, onu oxuyanlar müqәddәs ayәlәr haqqında düşünmәli va daha sonra orada buyurulmuş ilahi göstәrişlәrә әmәl etmәlidirlәr. Yalnız bu halda həm savaba, həm də hidayәt vә sәadәt yoluna çatmaq olar.
QURANİ-KƏRİM VƏ ƏHLİ-BEYTİN (Ə)
RABİTƏSİ
Allah-taala tərəfindən bütün insanların hidayəti məqsədi ilə göndərilmiş müqəddəs Quranın incəlikləri və xırdalıqlarını aydınlaşdırmaq üçün tarix boyu müfəssir və şərhçilərə ehtiyac olmuşdur.
Qurani-Kərimin bəyan etdiyi kimi, İslam peyğəmbəri (s) bu işdə daha önəmlidir. Necə ki, Allah-taala buyurur:
و انزلنا إليك الذكر لتبيّن للناس ما نزّل اليهم و لعلهم يتفكّرون.
"(Ya Peyğəmbər!) Biz bu Zikri (Quranı) sənə nazil etdik ki, xalq üçün göndəriləni təfəkkür etsinlər deyə, onlara açıqlayasan."[12]
Müsəlmanlar həzrət peyğəmbərin (s) dövründə Quran ayələri barədə qarşıya çıxan suallarını Peyğəmbərin (s) özündən soruşurdular və İslam peyğəmbəri (s) onların suallarını cavablandırırdı.
İslam peyğəmbərindən (s) sonra bu ilahi vəzifəni daşıyanlar isə İslam peyğəmbərinin (s) Əhli-beyti (ə) olmuşdur.
Allah-taala Qurani-Kərimdə buyurur:
...إِنَّمَا يُرِيدُ اللَّهَُ لِيُذْهِبَ عَنْكُمْ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرا.
"Həqiqətən, Allah bütün günah və eybləri siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi təmamilə paklaşdırmaq istəyir."[13]
Hədis və rəvayətlərə əsasən, İslam peyğəmbəri (s) bu ayə nazil olduqdan sonra İmam Əli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyni öz yanına çağıraraq, onları əbasına bürümüş və demişdir:
"İlahi! Bunlar mənim Əhli-beytimdir."
Hətta İslam peyğəmbəri (s) sübh namazına gedərkən İmam Əli (ə) və həzrət Fatimənin (ə) yaşadığı evin qapısı ağzına gəlib, onları salamlayır, namaza çağıraraq, bu ayəni ("Əhzab"/33 ayəsini) oxuyurmuş.
Bu isə Əhli-beytin (ə) hər növ günah və nöqsanlardan pak olduğunu göstərir.
Təbiidir ki, müqəddəs Quranın məna və həqiqətlərini olduğu kimi dərk edənlər də yalnız onlardır.
Bundan əlavə Allah-taala Qurani-Kərimdə buyurur:
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالاً نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ.
"(Ya Peyğəmbər!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr əhlindən soruşun!."[14]
Bir sıra hədis və rəvayətlərə əsasən, İslam peyğəmbərindən (s) sonra Onun Əhli-beyti (ə) müsəlmanlar üçün elm, şəriət hökmləri, Qurani-Kərim ayələrinin təfsiri və izahında və bu kimi digər elmi sahələrdə əsil qayıdış yeri və "Əhli-zikr" (alimlər) sayılır.
İslam peyğəmbəri (s) bu barədə buyurmuşdur:
الذكر انا و الائمة اهل الذكر.
"Zikr mənəm, İmamlar isə Əhli-zikr (Zikr əhli)-dir."[15]
İmam Rza (ə) isə bu barədə belə buyurmuşdur:
الذكر رسول الله (ص) و نحن اهله.
"Allahin elçisi (həzrət Məhəmməd) zikrdir. Biz isə Onun əhli (Əhli-beyti)-yik."[16]
Həmçinin, İmam Sadiq (ə) İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql etmişdir:
...قَالَ (رسول الله)صلى الله عليه و آله: اُوصِيكُمْ بِكِتَابِ اللهِ وَ اَهْلِ بَيْتِى، فَإِنِّى سَاَلْتُ الله عَزَّ وَ جَلَّ اَنْ لاَ يُفَرِّقَ بَيْنَهُمَا حَتَّى يُورِدَهُمَا عَلَىَّ الْحَوْضَ، فَاَعْطَانِى ذلِكَ وَ قَالَ: لاَ تُعَلِّمُوهُمْ فَهُمْ اَعْلَمُ مِنْكُمْ، وَ قالَ: اِنَّهُمْ لَنْ يُخْرِجُوكُمْ مِنْ بَابِ هُدًى وَ لَنْ يُدْخِلُوكُمْ فِى ضَلاَلَةٍ...
"Peyğəmbər (s) buyurdu: Allahın kitabı (Quranı) və Əhli-beytimi sizə tapşırıram. Mən Allah-taaladan istəmişəm ki, onlar hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmasınlar. Allah-taala da mənim bu istəyimi qəbul etmişdir. Siz onlara heç nəyi öyrətməyin, çünki onlar sizdən daha yaxşı bilirlər. Onlar heç vaxt sizi hidayətdən (düz yoldan) azdırıb zəlalətə doğru yönəltməzlər." [17]
İslam peyğəmbəri (s) digər hədisdə buyurur:
علي مع القرآن و القرآن مع علي لا يفترقان حتي يردا علي الحوض.
"Əli Quranla, Quran da Əli ilə birgədir. Onlar (qiyamət günü) hovuzun kənarında Mənə qovuşanadək bir-birindən ayrılmazlar."[18]
Deməli, müsəlmanlar müqəddəs Quranın məna və təfsirini ilk növbədə İslam peyğəmbəri (s) və Onun məsum Əhli-beytindən (ə) soruşub öyrənməlidirlər.
Bütün bunlar isə Qurani-Kərim ilə Əhli-beyt (ə) arasında olan sarsılmaz əlaqəni göstərir.
QURANİ-KƏRİM ƏHLİ-BEYT (Ə) HƏDİSLƏRİNDƏ
İstər əziz Peyğəmbərimiz (s), istərsə də Onun məsum Əhli-beytindən (ə) müqəddəs kitabımız Qurani-Kərim barədə çoxsaylı və dəyərli hədislər, rəvayətlər nəql olunmuşdur.
Bu fəsildə Əhli-beytin (s) müqəddəs Quran barədə olan hədisləri ilə tanışlıq üçün İslam peyğəmbəri (s) və Onun Əhli-beytinin (ə) Qurani-Kərim barədə buyurulmuş bir neçə hədisini diqqətinizə çatdırırıq:
1-Əziz Peyğəmbərimiz həzrət Məhəmməd (s) buyurmuşdur:
"Sizin daha yaxşılarınız Quranı öyrəndikdən sonra onu başqalarına öyrədənlərdir."[19]
2-İslam Peyğəmbəri (s) buyurur:
"Fitnələr qaranlıq gecələr tək sizi bürüdükdə Qurana üz tutun. Həqiqətən də, Quran, şəfaəti qəbul olunmuş bir şəfaətçi və sözü təsdiq edilmiş xəbərverəndir. Onu özünə rəhbər qərar verəni cənnətə aparar, onu arxada qoyanı isə cəhənnəmə tərəf çəkər. O (Quran), ən yaxşı yola yönəldən dəlildir."[20]
3-İslam Peyğəmbəri (s) buyurur:
"Quranı elə oxu ki, səni (günahdan) çəkindirsin. Əgər səni (günahdan) çəkindirməsə, Quranı (həqiqi) oxuyan sayılmırsan."[21]
4-Həzrət Peyğəmbər (s) buyurur:
"Bir çox Quran oxuyanlar vardır ki, Quran onları lənətləyir."[22]
5-İslam Peyğəmbəri (s) buyurur:
"Həqiqətən, qəlblər dəmir paslandığı kimi paslanır (qəsavətli olur). Soruşdular: "Ey Allahın elçisi! Onun cilası nədir?" Həzrət (s) buyurdu: "Quran oxumaq."[23]
6-İslam Peyğəmbəri (s) buyurur:
"Qiyamət günündə Allah-taalanın hüzuruna gələn ilk şəxs mən olacağam. Sonra Onun kitabı (Quran) və mənim Əhli-beytim, daha sonra ümmətim gələcəkdir. Sonra Quran və Əhli-beytim ilə necə rəftar etdiyiniz barədə soruşacağam."[24]
7-Əmirəl-möminin İmam Əli (ə) buyurur:
"(Bu Qurandan) öz (mənəvi və ruhi) xəstəliklərinizin müalicəsi üçün şəfa alın və ondan çətinliklərinizin həlli üçün kömək diləyin. Çünki bu (müqəddəs) kitab küfr, ikiüzlük, azğınlıq və zəlalət (kimi) böyük xəstəliklərin dərmanıdır."[25]
8-Əmirəl-möminin İmam Əli (ə) buyurmuşdur:
"Quran oxunuşunu gözəlləşdirin. Çünki o, ən faydalı əhvalatlardır. Qurandan şəfa tələb edin, çünki o qəlblərin şəfasıdır."[26]
9-Əmirəl-möminin İmam Əli (ə) buyurur:
"Xalq üçün elə bir zaman gələcəkdir ki, o zamanda Qurandan yalnız yazı (kitab) və İslamdan yalnız bir ad qalacaqdır. O gün onların məscidləri tikiliş baxımından abad, lakin hidayət baxımından boş olacaqdır."[27]
10-Əmirəl-möminin İmam Əli (ə) buyurur:
"Quran barədə Allahı, Allahı nəzərə alın (Allahı unutmayın). Ona əməl etməkdə başqaları sizdən qabağa düşməsin!"[28]
11-İmam Həsən Müctəba (ə) isə bu barədə buyurmuşdur:
"Həqiqətən, bu Quranda nur çıraqları və qəlblərin şəfası (dərmanı) vardır."[29]
12-İmam Zeynəl-abidin (ə) buyurmuşdur:
"Əgər Quran mənimlə olan halda şərq və qərbdə olanların hamısı ölərsə, heç vaxt qorxuya düşmərəm."[30]
13-İmam Baqir (ə) buyurmuşdur:
"Hər kəs namaz qılarkən ayaq üstə Quran oxusa, Allah onun oxuduğu hər bir hərfə görə yüz savab verər. Hər kəs namaz qılarkən əyləşən halda Quran oxusa, Allah onun oxuduğu hər bir hərə görə əlli savab verər. Hər kəs namazdan başqa hallarda Quran oxusa, Allah onun oxuduğu hər bir hərfə görə on savab verər."[31]
14-İmam Sadiq (ə) buyurmuşdur:
"(Qiyamət günü) Üç dəstə Allah-taalaya şikayət edəcəkdir: 1. Namaz qılınmayan məscid; 2. Nadanlar arasında qalmış alim; 3. Üzərinə toz qonmuş və oxunmayan Quran."[32]
QURAN ELMLƏRİNİN MƏNASI
Şübhəsiz "Quran elmləri" ifadəsinin hansı mövzu barədə söz açdığı bu ifadənin zahirindən başa düşülür.
"Quran elmləri" müqəddəs kitabımız Qurani-Kərimlə tanışlığı yetirən bütün elm və mövzulardan ibarət bir elmin adıdır. Buna misal olaraq "Quranın nazil olması", "Quranın yazılması", "Quranın təfsiri", "Quranın tərcüməsi", "Quranın toplanması", "qiraət növləri", "ecazkarlığı", "nasix" və "mənsux" mövzuları, "Quran oxumaq qaydaları", "Quranın təhrif olmaması" və digər bu kimi mövzuları qeyd etmək olar.
İslam elmlərinin daha üstünü
Həqiqətən də, elmlərin daha şərəflisi, üstünü, fəzilətlisi, faydalısı və daha kamili Quran elmidir. Çünki Quran elmi bütün (İslam) elmləri üçün əsas sayılır və digər elmlər də ondan alınır.[33]
Unutmamalıyıq ki, öncə qeyd olunduğu kimi, müqəddəs kitabımız Qurani-Kərim bütün insanların hidayəti üçün nazil olmuş sonuncu səmavi kitabdır. Elə buna görə də bu kitabda insanların hidayətinə aid olan bütün mövzular və məsələlərdən söz açılmış və ya onlara işarə olunmuşdur.
Beləliklə də İslam elmləri arasında Quran elminin daha üstün bir elm olması fikiri əsaslı sayılır.
Lakin bununla belə, digər İslam elmlərinin də özünə məxsus əhəmiyyəti və inkaredilməz faydaları vardır.
"VƏHY"
Müqəddəs kitabımız Qurani-Kərim İslam peyğəmbərinə (s) vəhy yolu ilə nazil olmuşdur.
Ərəb dilində "vəhy" sözü dedikdə, Allah-taalanın müəyyən hədəflərlə Öz peyğəmbərlərindən birinə qeyri-adi bir yolla, həmçinin, Öz yaxın mələyi və ya digər vasitələrlə çatdırdığı söz, fərman və göstərişlər nəzərdə tutulur.
Belə ki, İlahi peyğəmbər onu kamil və şüurlu tərzdə dərk edərək eşidir və ya görə bilirlər. Qurani-Kərimdə oxuyuruq:
إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُوراً.
"(Ya Peyğəmbər!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik."[34]
Qurani-Kərimdə "vəhy"in üç yoldan biri ilə həyata keçməsi bildirilmişdir. Bu barədə Allah-taala buyurur:
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهَُ إِلَّا وَحْياً أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولاً فَيُوحِىَ بِإِذْنِهِ مَا يَشَاءُ
إِنَّهُ عَلِىٌّ حَكِيمٌ.
"Allah bəşər övladı ilə ancaq (birbaşa) vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!"[35]
Bu ayəyə əsasən, Allah-taalanın Öz peyğəmbərlərinə göndərdiyi "vəhy" aşağıdakı üç yoldan biri ilə həyata keçir:
1-Birbaşa (Allahla peyğəmbər arasında heç bir vasitənin olmadığı) vəhy;
2-Hicab (pərdə) arxasından vəhy;
3-Mələk vasitəsi ilə həyata keçən vəhy.
Nəql olunmuş hədis və rəvayətlərə əsasən, bəzən İslam peyğəmbərinə (s) vəhy nazil olarkən bədəni tərləyər və ya huşdan gedər, ilahi vəhy sona çatdıqdan sonra isə səhabələrinə üz tutaraq, Allah-taalanın ona buyurduqlarını söyləyərmiş.
Haris ibn Hişam İslam peyğəmbərindən (s) soruşdu:
"Ey Allahın elçisi! Vəhy sizə necə nazil olur? Həzrət peyğəmbər (s) buyurdu: "Bəzi vaxtlar (vəhy) zəng səsi kimi gəlir. Bu mənə nazil olan ən şiddətli vəhy növüdür. Mən tərləyir və onun dediklərini dərk edirəm. Bəzi vaxtlar isə mələk bir kişi formasında mənim yanıma gələrək, danışır və mən də onun dediklərini eşidib dərk edirəm."[36]
Həmçinin İmam Sadiq (ə) buyurmuşdur:
"Həzrət Cəbrail Peyğəmbərin (s) yanına gəldikdə Onun (s) qarşısında qul kimi əyləşər və icazə almamış yanına gəlməzdi."[37]
QURANİ-KƏRİMİN NAZİL OLMASI
Bizim əqidəmizə əsasən, İslam peyğəmbəri (s) Rəcəb ayının 27-də peyğəmbərliyə çatmış və o həzrət "Hera" dağında yerləşən mağarada ibadətə məşğul ikən Cəbrail (ə) nazil olaraq, "Ələq" surəsinin aşağıdakı ilk ayələrini ona gətirmişdir:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ اقْرَأْ بِسْمِ رَبِّكَ الَّذِي خَلَقَ. خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ. الَّذِي عَلَّمَ بِالْقَلَمِ. عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ.
"Rəhman və Rəhim Allahın adı ilə. (Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi."[38]
Deməli, Qurani-Kərim miladi tarixlə 609-cu ildə, hicrətdən 13 il qabaq, rəcəb ayının 27-ci günündən etibarən İslam peyğəmbərinə (s) nazil edilmişdir.
Qurani-Kərimin nazil olma növləri
Quran alimlərinin nəzərinə əsasən, Qurani-Kərim aşağıda qeyd olunacaq iki şəkildə nazil olmuşdur:
I. Quranın bütövlükdə nazil olması;
Müqəddəs Quranın bütövlükdə nazil olmasında məqsəd onun mənasının ümumi şəkildə İslam peyğəmbərinin (s) qəlbinə nazil olması və həzrət peyğəmbərin (s) onunla ümumilikdə tanış olamasından ibarətdir.
II. Quranın tədricən nazil olması;
Müqəddəs Quranın tədricən nazil olmasında məqsəd isə onun zahiri surələri və ayələrinin iyirmi üç il müddətində və müəyyən vaxtlarda Allah-taala tərəfindən İslam peyğəmbərinə (s) nazil olamasından ibarətdir.
Deməli, Qurani-Kərim İslam peyğəmbəri (s) 40 yaşında ikən rəcəb ayının 27-də "Ələq" surəsinin ilk beş ayəsi ilə tədricən nazil olmağa başlamış və O həzrətin (s) ömrünün sonunadək beləcə davam etmişdir.
Əlbəttə bir sıra ilahi məsləhətlərə əsasən, Qurani-Kərimin nazil olması üç ilədək dayanmış və İslam peyğəmbəri (s) bu müddətdə Allah-taala tərəfindən heç bir Quran ayəsi və ya surəsi almamışdır.
Amma daha sonra ilahi vəhyin nazil olması davam etməyə başlamışdır.
QURANİ-KƏRİMİN SURƏLƏRİ
Məlum olduğu kimi, "surə" Qurani-Kərimin bir sıra ayələri özündə birləşdirən hissəsinə, "ayə" isə hər bir surənin daxilində yerləşmiş müəyyən hərf, söz ya da cümləyə deyilir.
Qurani-Kərim surələri və ayələrinin sayı
Müqəddəs Quran yüz on dörd surədən ibarətdir. Onda mövcud olan ayələrin əsil sayı isə 6236-dır.
Bu isə "Fatihə" surəsində olan "Bismillah" sumləsini müstəqil bir ayə kimi hesab etmək, digər surələrdə olan "Bismillah" cümlələrini isə hesablamamaq, həmçinin, Qurani-Kərimin bəzi surələrinin ilk ayələrində olan "müqəttə" hərflərinin müstəqil bir ayə kimi hesablanması əsasındadır.
Hal-hazırda bizim əlimizdə olan Quran ayələrinin sayı da belədir.
Lakin Quranın digər 112 surəsində olan "Bismillah" cümlələrini də müstəqil bir ayə kimi hesabladıqda Quran ayələrinin sayı 6348 olacaqdır.
İndi isə Qurani-Kərimin surə və ayələrinə aid bir sıra maraqlı məlumatlarla tanış olaq:
Qurani-Kərimin ən böyük və ən kiçik
surələri
Qurani-Kərimin ən böyük surəsi 286 ayədən ibarət olan "Bəqərə" (2) surəsi, ən kiçik surəsi isə 3 ayədən ibarət olan "Kövsər" (108) surəsidir.
Qurani-Kərimin ən böyük və ən kiçik
ayələri
Qurani-Kərimin ən böyük ayəsi "Bəqərə" surəsinin "Deyn" (borc) adı ilə tanınan 282-ci ayəsi, ən kiçik ayəsi isə "müqəttə hərfləri"ndən sayılan və iki hərfdən ibarət olan ayələrindən ibarətdir.
Vacib səcdəsi olan surələr
Quranın dörd ayəsini oxuduqda və ya onları eşitdikdə, səcdə etmək vacibdir: Bu ayələr isə aşağıdakılardan ibarətdir:
1. "Səcdə" surəsi, 15-ci ayə;
2. "Füssilət" surəsi, 37-ci ayə;
3. "Nəcm" surəsi, 62-ci ayə;
4. "Ələq" surəsi, 19-cu ayə.
Vacib səcdəsi olan bu dörd Quran ayəsini oxuduqdan və ya onları dinlədikdən sonra yalnız səcdəyə getmək kifayətdir.
Qeyd etmək lazımdır ki, Qurani-Kərimin bəzi surələri bir neçə ada malikdir. Burada onların müəyyən bir hissəsi ilə tanış oluruq:
1. "Tövbə" və ya "Bəraət" surəsi (19);
2. "İsra", "Bəni-İsrailr" və ya "Sübhan" surəsi (17);
3. "Nəml" və ya "Süleyman" surəsi (27);
4. "Ğafir" və ya "Mumin" surəsi (40);
5. "Qəmər" və ya "İqtərəbət" surəsi (54);
6. "Mülk" və ya "Təbarək" surəsi (67);
7. "İnsan" və "Dəhr" və ya "Həl əta" surəsi (76);
8. "Nəbə" və ya "Əmmə" surəsi (78) və s.
NAZİL OLMUŞ İLKİN VƏ SONUNCU AYƏ VƏ SURƏLƏR
Əziz Peyğəmbərimizə (s) nazil olmuş ilk və son surə və ayələr barədə nəzərimiz belədir:
1-İslam Peyğəmbərinə (s) ilk dəfə nazil olmuş kamil surə Qurani-Kərimin "Fatihə" surəsi, O həzrətə (s) nazil olmuş ilkin ayə, yaxud ayələr isə "Ələq" surəsinin 1-5-ci ayələrindən ibarətdir.
2-İslam Peyğəmbərinə (s) sonuncu dəfə nazil olmuş kamil surə Qurani-Kərimin "Nəsr" surəsi, O həzrətə (s) nazil olmuş sonuncu ayə isə "Bəqərə" surəsinin 281-cidir.
Allah-taala "Bəqərə" surəsinin 281-ci ayəsində belə buyurmuşdur:
وَاتَّقُوا يَوْماً تُرْجَعُونَ فِيهِ إِلَى اللَّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ.
"Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!"[39]
Bu ayədə buyurulduğu kimi, hər bir insan Allaha tərəf qaytarılacağı gündən qorxmalı və öz danışıq və rəftarında diqqətli olmalıdır. Bu isə Qurani-Kərimin bütün insanlara olan son sözüdür.
QURANİ-KƏRİM KATİBLƏRİ, QARİLƏRİ VƏ HAFİZLƏRİ
İslam Peyğəmbəri (s) öz milləti arasında yazıb-oxuyan halda görünmədiyi üçün "Ümmi", yəni "dərs oxumamış" ləqəbi ilə tanınırdı.
Elə buna görə də həzrət Peyğəmbərin (s) ona nazil olmuş Qurani-Kərim ayələri və surələrini dəqiq şəkildə yazmaq üçün müəyyən katiblərə ehtiyacı vardı.
Bu barədə aşağıda adları sadalanlan səhabələri qeyd etmək olaq:
1-Əliyyibni Əbu-Talib;
2-Übəyy ibn Kəb Ənsari;
3-Zeyd ibn Sabit
4-Əbu-Bəkr;
5-Ömər ibn Xəttab;
6-Osman ibn Əffan;
7-Zeyd ibn Sabit;
8-Zübeyr ibn Əvam;
9-Hüzəyfə ibn Yəman və s.
Vəhy katibləri Quran ayələrini aşağıda adları çəkilən əşyalar üzərinə yazırdılar:
1-Xurma ağacının budaqları;
2-Ağ rəngli nazik daşlar;
3-dəri və ya kağız tikələri;
4-Məxsus dərilər;
5-İpək parçalar;
6-Dəvə sümükləri.
Quran qariləri
İslam peyğəmbərinin (s) səhabələri arasında aşağıda adları çəkilənlər Quran qarisi kimi məşhur olmuşlar:
1-Əli ibn Əbu-Talib (ə);
2-Osman ibn Əffan;
3-Übəyy ibn Kəb;
4-Zeyd ibn Sabit;
5-Abdullah ibn Məsud və s.
Quran hafizləri
İslam Peyğəmbərinin (s) aşağıda adları çəkilən səhabələri Quran ayələri və surələrini əzbərləyir və Quran hafizi kimi tanınırdılar:
1-Əli ibn Əbu-Talib (ə);
2-Übəyy ibn Kəb Ənsari;
3-Abdullah ibn Məsud;
4-Əbu-Dərda;
5-Əbu-Əyyub Ənsari və s.
Qeyd etmək lazımdır ki, səhabələrdən bəzisi Quranın bütün surələrini, bəzisi isə müəyyən surələrini əzbər bilirdilər.
QURANİ-KƏRİMİN "MƏKKİ" VƏ "MƏDƏNİ" SURƏLƏRİ VƏ AYƏLƏRİ
Quran elmlərində maraqlı mövzulardan biri də Quran surələri və ayələrinin "məkki" və "mədəni" növlərindən ibarətdir.
Quran alimlərinin əksərinin nəzərinə əsasən, İslam peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrətindən qabaq nazil olan bütün surə və ayələr "məkki", hicrətdən sonra nazil olanlar isə "mədəni" sayılır.
"Məkki" və "mədəni" surə və ayələrin
xüsusiyyətləri
Qurani-Kərimin "məkki" və "mədəni" surələri və ayələri barədə sadalanmış xüsusiyyətlərlə tanış olaq:
"Məkki" surə və ayələrin xüsusiyyətləri:
1-Ayələrində "Ya əyyuhən-nas!" (yəni ey insanlar!) xitabı olan surələr;
2-Uzun surələrdən başqa həzrət Adəm və Həvvanın əhvalatı danışılan surələr;
3-Ayələrində keçmiş ilahi peyğəmbərlər və millətlərin sərgüzətşləri danışılan surələr;
4-Müqəddəs Quranın qısa surələri;
5-Ayələrində müşriklərin əqidələri və onların rədd edilməsi barədə danışılan surələr və s.
"Mədəni" surə və ayələrin xüsusiyyətləri:
1-Uzun surələr;
2-Uzun ayələrə malik olan surələr;
3-Ayələrində "əhli-kitab" ilə danışılan və onlara xitab edilən surələr;
4-Ayələrində "Ya əyyuhəlləzinə amənu" (yəni ey iman gətirənlər) xitabı olan surələr;
5-Ayələrində münafiqlər barədə danışılan surələr və s.
Qeyd etmək lazımdır ki, sadaladığımız bu xüsusiyyətlər də istisnasız sayıla bilməz və Qurani-Kərimdə bəzən bu kimi xüsusiyyətlərin əksini də müşahidə etmək olar.
QURANİ-KƏRİMDƏ "MÜQƏTTƏƏ"
HƏRFLƏR
"Müqəttəə" hərfləri dedikdə Qurani-Kərimdə bəzi surələrin ilk ayəsindəki mənası aydın olmayan və müəyyən hərflərlə başlanmış kəlmələr və ya hərflər nəzərdə tutulur.
Müqəddəs Quranın 29 surəsi "müqəttəə" hərflər ilə başlamışdır.
Onlardan bəzisi, bir hərfli, bəzisi iki, bəzisi üç, bəzisi dörd, bəzisi isə beş hərfdən ibarətdir.
Bu həflər yazılışda birgə yazılsa da, onları bir-birindən ayrı şəkildə oxumaq lazımdır.
Qurani-Kərimin "müqəttəə" hərfləri ilə başlanmış surələrini, əlaqədar ayələri, həmçinin bu ayələrin oxunuşunu diqqətinizə çatdırırıq:
1-"Bəqərə" surəsi, ayə: 1, (Əlif-Lam-Mim);
2-"Ali-İmran" surəsi, ayə: 1, (Əlif-Lam-Mim);
3-"Əraf" surəsi, ayə: 1, (Əlif-Lam-Mim-Sad);
4-"Yunis" surəsi, ayə: 1, (Əlif-Lam-Ra);
5-"Hud" surəsi, ayə: 1, (Əlif-Lam-Ra);
6-"Yusif" surəsi, ayə: 1, (Əlif-Lam-Ra);
7-"Rəd" surəsi, ayə: 1, (Əlif-Lam-Mim-Ra);
8-"İbrahim" surəsi, ayə: 1, (Əlif-Lam-Ra);
9-"Hicr" surəsi, ayə: 1, (Əlif-Lam-Ra);
10-"Məryəm" surəsi, ayə: 1, (Kaf-Ha-Ya-Əyn-Sad);
11-"Taha" surəsi, ayə: 1, (Ta-Ha);
12-"Şüəra" surəsi, ayə: 1, (Ta-Sin-Mim);
13-"Nəml" surəsi, ayə: 1, (Ta-Sin);
14-"Qəsəs" surəsi, ayə: 1, (Ta-Sin-Mim);
15-"Ənkəbut" surəsi, ayə: 1, (Əli-Lam-Mim);
16-"Rum" surəsi, ayə: 1, (Əlif-Lam-Mim);
17-"Loqman" surəsi, ayə: 1, (Əlif-Lam-Mim);
18-"Səcdə" surəsi, ayə: 1, (Əlif-Lam-Mim);
19-"Yasin" surəsi, ayə: 1, (Ya-Sin);
20-"Sad" surəsi, ayə: 1, (Sad);
21-"Ğafir" surəsi, ayə: 1, (Ha-Mim);
22-"Fussilət" surəsi, ayə: 1, (Ha-Mim);
23-"Şura" surəsi, ayə: 1-2, (Ha-Mim-Əyn-Sin-Qaf);
24-"Zuxruf" surəsi, ayə: 1, (Ha-Mim);
25-"Duxan" surəsi, ayə: 1, (Ha-Mim);
26-"Casiyə" surəsi, ayə: 1, (Ha-Mim);
27-"Əhqaf" surəsi, ayə: 1, (Ha-Mim);
28-"Qaf" surəsi, ayə: 1, (Qaf);
29-"Qələm" surəsi, ayə: 1, (Nun).
Qurani-Kərimin "müqəttəə" hərfləri ilə bağlı nəzərimiz belədir:
"Bu hərflər müəyyən mənalara malik olsa da, onun əsas mənası yalnız Allah-taala ilə İslam peyğəmbəri (s) arasında olan sirr və rəmzdən ibarətdir. İslam peyğəmbəri (s) isə bu mənaları öz məsum Əhli-beytinə (ə) öyrətmişdir".
"MÖHKƏM" VƏ "MÜTƏŞABİH"
Allah-taala "Ali-İmran" surəsinin yeddinci ayəsində belə buyurmuşdur:
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهَُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُوْلُوا الْأَلْبَابِ.
"(Ya Peyğəmbər!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir.
Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır, - deyərlər. Bunları yalnız ağıllı adamlar dərk edərlər".[40]
"Ali-İmran" surəsinin qeyd olunmuş yeddinci ayəsinə əsasən, Quran ayələrinin müəyyən baxımdan aşağıdakı iki növə bölünməsi mümkündür:
1-Mənası tam aydın və şəffaf olan "möhkəm" ayələr;
2-Mənası tam aydın və şəffaf olmayan, haqqında müxtəlif ehtimallar verilən "mütəşabih" ayələr.
"Ali-İmran" surəsinin yeddinci ayəsində buyurulduğu kimi, ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mənalandırmaq məqsədilə "mütəşabih" ayələrə uyarlar (tabe olarlar).
Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan və elmdə qüvvəli olanlardan başqa heç kəs bilməz.
Allah-taala müqəddəs Quranda buyurur:
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفّاً صَفّاً.
"(Qiyamət günü) Rəbbinin (fərmanı) gələcək, mələklər (də) səf-səf duracaqlar..."[41]
Gördüyünüz kimi, Qurani-Kərimin bu kimi "mütəşabih" ayəsində Allah-taalanın Qiyamət günü məhşərə gəlməsindən söz açılmışdır.
Bu kimi ayələrin həqiqi yozumu isə açağıdakı "möhkəm" ayədə açıqlanmışdır:
لَيْسَ كَمِثْلِهِ شَىْءٌ وَهُوَ السَّمِيعُ البَصِيرُ.
"Ona (Allaha) bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!"[42]
Şübhəsiz ki, sözügedən ayədə buyurulmuş "Rasixun"– elmdə qüvvəli olanların həqiqi nümunəsi, əziz Peyğəmbərimiz (s), sonra isə Onun məsum Əhli-beyti (ə)-dir. İmam Sadiq (ə) bu barədə buyurmuşdur:
الراسخون في العلم امير المؤمنين و الائمة من بعده.
"Elmdə qüvvəli olanlar Əmirəl-möminin (İmam Əli) və Ondan sonrakı İmamlardır."[43]
İkinci növbədə müəyyən şərtlərə malik olan səlahiyyətli İslam alimləri ayədə sözügedən "Rasixun" (elmdə qüvvəli olanlar)-ın nisbi nümunələri sayılırlar.
QURANİ-KƏRİMİN "ZAHİR" VƏ "BATİN"İ
Quran elmlərindəki mühüm mövzulardan biri də Qurani-Kərimin "zahir" və "batin"indən ibarətdir.
"Quranın zahiri"ndə məqsəd onun ayələrindən ilk baхışda əldə olunan zahiri mənalardır. Onun sonrakı mənaları isə "Quranın batini" adlanır.
İslam peyğəmbəri (s) və Onun məsum Əhli-beyti (ə) də Qurani-Kərim ayələrinin "zahir" və "batin" хüsusiyyətlərinə malik olduğunu хəbər vermişlər. Bu barədə aşağıdakı iki hədisi qeyd etmək olar:
1-Əziz Peyğəmbərimiz (s) buyurur:
"Quranın nazil olmuş hər bir ayəsi zahiri və batini mənalara malikdir."[44]
2-Həzrət İmam Sadiq (ə) buyurmuşdur:
"Həqiqətən, Quranın batini və batininin də zahiri vardır."[45]
Deməli, Quran ayələri zahiri mənalardan əlavə batini mınalara da malikdir.
QURANİ-KƏRİMİN TOPLANMASI
Qurani-Kərim İslam Peyğəmbərinə (s) tədricən nazil olmuş və o həzrət (s) onu əzbərləmişdir.
O həzrətin (s) səhabələrindən bir çoxu da Qurani-Kərimi əzbərləmiş və onu yazmışdılar. Belə ki, onlar İslam peyğəmbərinin (s) dövründə Quran ayələrini nazil olduqca müxtəlif ağac budaqları, daş, parça, kağız və s. üzərinə diqqətlə yazaraq saxlamışdırlar.
Əziz Peyğəmbərimizin (s) aşağıda adları çəkilən səhabələri Qurani-Kərimi bütövlükdə yazaraq tolamışlar:
1-Əliyyibni Əbu-Talib (ə);
2-Səd ibn Übeyd ibn Noman (vəfatı: 15 h. q.);
3-Əbu-Dərda ibn Zeyd (vəfatı: 32 h. q.);
4-Məaz ibn Cəbəl (vəfatı: 18 h. q.);
5-Sabit ibn Zeyd ibn Noman;
6-Übəyy ibn Kəb Ənsari (vəfatı: 20 h. q.);
7-Übeyd ibn Müaviyə;
8-Zeyd ibn Sabit ibn Zəhhak.
Əlbəttə Quran Peyğəmbərin (s) zamanında yazılsa da bir yerdə və surələri ardıcıl şəkildə deyildi.
Əmirəl-möminin İmam Əli (ə) İslam Peyğəmbərinin (s) vəfatından sonra o həzrətin (s) göstərişinə əsasən, Quran surələrini nazil olduğu kimi və müəyyən təfsir və izahlarla toplamışdır.
Qurani-Kərim, sonralar birinci xəlifə Əbu-Bəkr, daha sonra isə xəlifə Osman ibn Əffanın zamanında yenidən toplanmışdır.
QURANİ-KƏRİM BARƏDƏ ÜMUMİ
HÖKMLƏR
Şübhəsiz ki, müqəddəs kitabımız sayılan Qurani-Kərimin özünəməxsus bir sıra hökmləri vardır və bu səmavi kitaba digər adi kitablar kimi yanaşmaq olmaz.
Bu fəsildə Qurani-Kərimin yazılışı, saxlanılması və ümumiyyətlə bu müqəddəs kitaba dair bir sıra hökmlərlə tanış olacağıq:
1-Quran ayələrini səliqəli və gözəl şəkildə yazmaq;
2-Quran ayələrini ayrı və müstəqil şəkildə yazmaq;
3-Qurani-Kərim evin təmiz və hündür yerində saxlamaq;
4-Hörmət üçün Quranın ayağına qalxmaq, həmçinin Quranı hörmətlə ələ alıb onu öpmək;
5-Qurani-Kərim olan tərəfə ayaqları uzatmamaq və Quranın cildini ətirləmək;
6-Köhnəlmiş Quranları təmiz və ayaq dəyməyən yerdə dəfn etmək və s.
Unutmamalıyıq ki, bu kimi işlər müqəddəs kitabımıza bir növ hörmət əlamətidir. Elə buna görə də Qurani-Kərimə qarşı tam hörmət bəsləmək və onunla digər adi kitablar kimi davranmamalıyıq.
QURANİ-KƏRİMİN ECAZKARLIĞI
Quran elmləri kitablarında haqqında danışılan əsas mövzulardan biri də müqəddəs kitabımız Qurani-Kərimin möcüzə olmasından ibarətdir.
Bizim əqidəmizə görə, müqəddəs Quran İslam peyğəmbərinin (s) Allah-taala tərəfindən göndərilmiş həmişəlik möcüzəsi sayılır.
Çünki, keçmiş ilahi peyğəmbərlərin gətirdikləri müxtəlif möcüzələr (həzrət Musanın əsasının əjdahaya çevrilməsi, İsa Məsihin xəstələrə şəfa verməsi və s.) müəyyən zaman və məkanlara aid olsa da, İslam peyğəmbərinin (s) bəşərin hidayəti üçün gətirdiyi Qurani-Kərim həmişəlik, qiyamət gününədək qalacaq ilahi bir möcüzədir.
Bu ilahi möcüzə heç vaxt qüvvədən düşməyəcək, öz təravət və yeniliyini qiyamət gününədək qoruyub saxlayacaqdır.
"Möcüzə"nin xüsusiyyətləri
"Möcüzə" aşağıdakı xüsusiyyətlərə malikdir:
1-"Möcüzə" yalnız peyğəmbərlik iddiasında olan şəxs tərəfindən göstərilməlidir.
2-"Möcüzə" gətirən şəxsdən başqaları onun oxşarını gətirməkdə aciz olmalıdırlar.
3-"Möcüzə" qarşı tərəfi mübarizəyə çağırmaq xüsusiyyətinə malik olmalıdır.
Deməli, bu xüsusiyyətlərə malik olmayan hər hansı bir qeyri-adi işi "möcüzə" adlandırmaq olmaz.
Allah-taala Qurani-Kərimi inkar edənləri dəfələrlə mübarizəyə dəvət etdikdən sonra belə buyurmuşdur:
قُلْ لَئِنْ اجْتَمَعَتْ الْإِنسُ وَالْجِنُّ عَلَى أَنْ يَأْتُوا بِمِثْلِ هَذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ
لِبَعْضٍ ظَهِيراً.
"(Ya Peyğəmbərim!) De: Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər."[46]
Qeyd olunmuş ayələrdən insanların həm keçmişdə, həm hazırda, həm də gələcəkdə Qurani-Kərimin hətta kiçik bir surəsinin oxşarını gətirməkdə aciz olduğu anlaşılır.
İslam dininin müxaliflərinin tarix boyu belə bir ilahi çağırış qarşısında sakit dayanıb bir iş görə bilməməsi Qurani-Kərimin Allah-taalanın böyük bir möcüzəsi olduğunu sübut edir.
Qurani-Kərim sırf elmi bir kitab olmasa da, bu kitabda insanların hidayəti naminə bəzi ayələrdə bir sıra elmi məsələlərdən söz açılmışdır.
Buna misal olaraq, kainatda olan varlıqların zövciyyət (cütlük) məsələsi,[47] yerin kürə şəklində olması,[48] yer kürəsinin hərəkəti,[49] günəş və ayın hərəkəti[50] və s. qeyd etmək olar.
Həmçinin, Qurani-Kərimdə bir sıra qeybi xəbərlərin olması da bu müqəddəs kitabın ilahi bir möcüzə olduğunu sübut edir.
Belə məlumatlar isə on dörd əsr öncə Ərəbistan yarımadasında heç bir müəllim görməmiş bir şəxs tərəfindən bəyan oluna bilməzdi.
Bu həqiqət, müqəddəs Quranın yalnız Allah-taala tərəfindən göndərildiyini sübut edir.
QURANİ-KƏRİM OLDUĞU KİMİ
Quran elmlərinə aid əhəmiyyətli mövzulardan biri də müqəddəs kitabımız Qurani-Kərimin hər növ təhrifdən uzaq olması və bu müqəddəs kitabın bizə olduğu kimi çatmasından ibarətdir.
Quran elmlərində "Təhrif" dedikdə, Qurani-Kərimin surə və ya ayələrindən müəyyən bir hissəsinin aradan getməsi nəzərdə tutulur.
Lakin bizim sabit əqidəmizə əsasən, Allah-taala tərəfindən nazil olmuş Qurani-Kərim olduğu kimi bizim əlimizə çatmış, ona heç bir əlavə edilməmiş və ya ondan heç bir şey əskildilməmişdır.
Tanınmış alimlərimiz də bu barədə öz fikirlərini bildirmişlər:
1-Şeyx Səduq (305-381 h. q.) bu barədə yazmışdır:
"(Qurani-Kərim) barədə əqidəmiz budur ki, Allah-taalanın Öz peyğəmbəri həzrət Məhəmmədə (s) nazil etdiyi (kitab, bu gün) iki cild arasında yerləşən və xalqın əlində olan (Quran)-dan ibarətdir və bundan çox da deyildir... Bizim Quranın bundan daha çox olduğuna əqidə bağladığımızı deyən isə əsil yalançıdır."[51]
2-Şeyx Müfid (336-413 h. q.) yazmışdır:
"Əhli-beyt məzhəbi alimlərindən bir çoxlarının dediyinə əsasən, Qurandan heç bir surə, ayə və hətta bir kəlmə belə azalmamışdır... Mən özüm də bu əqidədəyəm."[52]
3-Şeyx Tusi (385-460 h. q.) də bu barədə belə yazmışdır:
"Qurana (müəyyən surə və ya ayələrin) əlavə edilməsi sözü düzgün deyildir. Çünki Qurana bir şeyin əlavə edilməsi nəzəri, müsəlmanların icmasına əsasən, batil və əsassız bir nəzərdir. Ondan müəyyən şeylərin (surə və ya ayələrin) azalması ehtimalı isə müsəlmanların əqidəsinin zahiri ilə zidd sayılır. Bu, bizim məzhəbimizlə də ziddir... Digər tərəfdən, rəvayətlərin zahiri də bunu təsdiq edir."[53]
4-Seyyid Əbül-Qasim Xoyi bu barədə yazmışdır:
"Əhli-beyt məzhəbi alimləri və tədqiqatçılarının əksəriyyətinin nəzərinə əsasən, (Qurani-Kərim) təhrif olmamışdır. Əlbəttə, bəzi hədis alimlərimiz (əxbarilər) və habelə bəzi Əhli-sünnə alimləri (Quranın) təhrif olduğunu bildirmişlər."[54]
O, daha sonra bu barədə belə yazır:
"(Qurani-Kərimin) təhrif olduğunu iddia edənlər ağıl hökmü ilə müxalifətçilik edirlər."[55]
5-Əllamə Təbatəbai bu barədə yazmışdır:
"Həqiqətən də, bu gün bizim əlimizdə olan Quran (İslam peyğəmbərinə) nazil olmuş və onun öz əsrində olan insanlara oxuduğu Qurandan ibarətdir..."[56]
6-Əllamə Şeyx Məhəmməd Hadi Mərifət isə bu barədə belə yazmışdır:
انّ نسبة التحريف الي كتاب الله العزيز الحميد نسبة ظالمة تاباه طبيعة نصّ الوحي المضمون بقاؤه و سلامته عبر الخلود. قال تعالي: إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ.
"Həqiqətən də, əziz və bəyənilmiş Allahın kitabına (Qurana) qarşı təhrif iddiası zülm sayılır. Çünki belə bir (zalım) iddia, vəhy vasitəsi ilə tarix boyu, həmişəlik salamat (olduğu kimi) qalacaq məzmunlu bir sözü inkar edir. Allah-taala buyurmuşdur:
"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!" ("Hicr" surəsi, ayə: 9)."[57]
Əlbəttə bu, yalnız bizim əqidəmiz deyil, həm də Əhli-sünnə qardaşlarımızın sabit əqidəsi sayılır.
Allah-taala da Qurani-Kərimdə bu müqəddəs kitabı hər növ təhrifdən qoruyacağı barədə şəffaf şəkildə şəhadət vermiş və onun hərtərəfli qorunmasını vəd etmişdir. Necə ki, Allah-taala buyurur:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ.
"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"[58]
Bu ayə, Qurani-Kərimin əbədi olaraq, Allah-taala tərəfindən qorunacağını bildirir. Belə ki, bu barədə heç bir əsaslı sual və şübhəyə yer qalmamışdır.
Həmçinin əziz Peyğəmbərimiz (s) bütün müsəlmanlara Quran və Əhli-beytə (ə) itaəti vəsiyyət etmiş və bu məsələdə israr buyurmuşdur. İslam peyğəmbəri (s) buyurur:
اَيُّهَا النَّاسُ! اِنِّى تَرَكْتُ فِيكُمْ ما اِنْ اَخَذْتُمْ بِهِ لَنْ تضِلُّوا: كِتابَ اللهِ وَ عِتْرَتى اَهْلَ بَيْتى .
"Ey camaat! Mәn sizin aranızda elә bir şey qoyub gedirәm ki, onlara tabe olsaz, heç vaxt yolunuzu azmayacaqsınız: (Onların biri) Allahın kitabı, (digəri isə) Mәnim Әhli-beytimdir".[59]
Şübhəsiz ki, İslam peyğəmbəri (s) müsəlmanları təhrif olmuş bir kitaba itaət etməyi göstəriş verməz.
Həmçinin, təhrif olmuş bir kitaba itaəti müsəlmanlar üçün qurtuluş və səadət yolu adlandırmaz. Bu isə öz növbəsində Qurani-Kərimin həmişəlik olaraq, hər növ təhrifdən uzaq olduğunu sübut edir.
Bütün bu dəlillərə əsasən, Qurani-Kərimin təhrif edilməsini iddia edənlər, çox böyük səhvə yol vermiş və yanılmışlar.
و آخر دعوانا ان الحمد لله ربّ العالمين.
[1] -"Yunis" surəsi, ayə: 57.
[2] -"Nəhl" surəsi, ayə: 89.
[3] -"İsra" surәsi, ayә: 89.
[4] -"Kənzül-ümmal", Hindi, 1/548/2454.
[5] -"Təfsirus-safi", Feyz Kaşani, 1/50.
[6] -"Bəqərə" surәsi, ayә: 2.
[7] -"Kənzül-ümmal", Hindi, 1/445/2441
[8] -"Kənzül-ümmal", Hindi, 1/526/2358.
[9] -"Biharul-ənvar", Əllamə Məclisi, 89/198/7.
[10] -"Əl-Bürhan fi təfsiril-Quran", Bəhrani, 1/23/22.
[11] -"Biharul-ənvar", Əllamə Məclisi, 89/196-197 /2.
[12] -"Nəhl" surəsi, ayə: 44.
[13] -"Əhzab" surəsi, ayə: 33.
[14] -"Nəhl" surəsi, ayə: 43.
[15] -"Üsuli-kafi", Şeyx Kuleyni, 1/163/1.
[16] -"Biharul-ənvar", Əllamə Məclisi, 23/173/2.
[17] -"Üsuli-kafi", Şeyx Kuleyni, 1/286-287/1.
[18] -"Əl-Müstədrək ələs-Səhihəyn", Hakim Nişapuri, 3/144.
[19] -"Səhihi-Buxari", 949/5027.
[20] -"Üsuli-kafi", Şeyx Kuleyni, 2/599/2.
[21] -"Kənzül-ümmal", Hindi, 1/606/2776.
[22] -"Biharul-ənvar", Əllamə Məclisi, 89/185/24.
[23] -"Kənzül-ümmal", Hindi, 1/445/2441
[24] -"Üsuli-kafi", Şeyx Kuleyni, 2/600/4.
[25] -"Nəhcül-bəlağə", 156 və 176-cı xütbələr.
[26] -"Qürərul-hikəm", Amidi, 112/1990.
[27] -"Qürərul-hikəm", Amidi, 111/1981.
[28] -"Nəhcül-bəlağə", 47-ci məktub.
[29] -"Biharul-ənvar", Əllamə Məclisi, 78/112/6.
[30] -"Üsuli-kаfi", Şeyx Kuleyni, 2/602/13.
[31] -"Üsuli-kafi", Şeyx Kuleyni, 2/611/1.
[32] -"Üsuli-kafi", Şeyx Kuleyni, 2/613/3.
[33] -"Məcməul-bəyan fi təfsiril-Quran", Şeyx Təbərsi, 1/74.
[34] -"Nisa" surəsi, ayə: 163.
[35] -"Şura" surəsi, ayə: 51.
[36] -"Səhihi-Buxari", Kitabu bədil-vəhy, 21/2.
[37] -"Biharul-ənvar", Əllamə Məclisi, 18/256.
[38] -"Ələq" surəsi, ayə: 1-5.
[39] -"Bəqərə" surəsi, ayə: 281.
[40] -"Ali-İmran" surəsi, ayə: 7.
[41] -"Fəcr" surəsi, ayə: 22.
[42] -"Şura" surəsi, ayə: 11.
[43] -"Üsuli-kafi", Şeyx Kuleyni, 1/213/3.
[44] -"Ət-Tibyan fi təfsiril-Quran", Şeyx Tusi, 1/9.
[45] -"Тәfsirul-Әyyаşi", 1/11/2.
[46] -"İsra" surəsi, ayə: 88.
[47] -"Zariyat" surəsi, ayə: 49.
[48] -"Məaric" surəsi, ayə: 40.
[49] -"Taha" surəsi, ayə: 53.
[50] -"Ənbiya" surəsi, ayə: 33, "Yasin" surəsi, ayə: 38-40.
[51] -"Əl-Etiqadat fi dinil-İmamiyyə", Şeyx Səduq, səh: 59.
[52] -"Əvailul-məqalat", Şeyx Müfid, səh: 54-56.
[53] -"Ət-Tibyan fi təfsiril-Quran", Şeyx Tusi, 1/3.
[54] -"Əl-Bəyan fi təfsiril-Quran", Xoyi, səh: 201.
[55] -"Əl-Bəyan fi təfsiril-Quran", Xoyi, səh: 220.
[56] -"Əl-Mizan fi təfsiril-Quran", Əllamə Təbatəbai, 12/106-107.
[57] -"Siyanətul-Quran minət-təhrif", Əllamə Mərifət, səh: 7.
[58] -"Hicr" surəsi, ayə: 9.
[59] -"Sünənut-Termezi", 5/662/3786.
Комментарии
Последние статьи раздела
İSLAMDA QURAN
11.01.07
15:37:14
1003
Qur'an ayələri möhkəm və mütəşabih olaraq iki yerə bölünür.
Allah Təala buyurur: "Bu - ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfind
Подробнее | в отдельном окне
Последние статьи раздела
QUR`AN OXUNUŞUNDA ƏDƏB QAYDALARI
11.01.07
15:37:14
1003
Müqəddimə
"Yoxdan yaradan Rəbbinin adı ilə oxu [1]!" Hər bir müsəlman çalışır ki, yaşadığı müddətdə müqəddəs kitabımız Qur`ani-K&
Подробнее | в отдельном окне
Последние статьи раздела
Kur’an’da Güzelliklerin Tanımı
11.01.07
15:37:14
1003
Kur’an-ı Kerim’de güzellikleri Tesbit etmek, Allah’ın kelamındaki sanat ve güzelliği idrak etmek anlamındadır. Bu güzellikler, Kur’an-ın insanlar üzerindeki etkisini arttıracak niteliktedir.Baz
Подробнее | в отдельном окне