Məqalalar / Muxtəlif məqalalar / HƏZRƏT MƏSUMƏNİN (Ə) HƏYATINA BİR BAXIŞ

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ O hәzrәtin adı Fatimә, mәşhur lәqәbi isә «Mә’sumә»-dir. Atası, yeddinci İmam Musa ibn Cә’fәr (İmam Kazim) әleyhis-salam, anası isә sәkkizinci İmam hәzrәt Rza (әleyhis-salam)-ın anası sayılan Nәcmә Xatun (әlәyha-salam)-dır. Belәliklә dә hәzrәt Mә’sumә (ә) ilə İmam Rza (ә) bir ata-anadan dünyaya gәlәn doğma bacı vә qardaş sayılırlar. O hәzrәt (ə), hicri-qәmәri tarixi ilә 173-cü il, Zi qә’dә ayının 1-dә müqәddәs Mәdinә şәhәrindә dünyaya göz açmışdır. Uşaq ikәn, Bağdad şәhәrindә Harunun zindanında hәbs olunmuş atasının şәhid edilmәsi hadisәsi ilә üzlәşmiş vә ondan sonra qardaşı hәzrәt İmam Rza (ә) onu öz himayәsi altına alaraq saxlamışdır. Hicri-qәmәri tarixi ilә 200-cü ildә Mә’mun Abbasinin tә’kid vә hәdә-qorxularından sonra İmam Rza (ә) sürgünә bәnzәyәn Mәrv sәfәrinә düzәlmiş vә yanında Әhli-beytindәn heç bir kәs olmayan halda Xorasana getmişdir. Qardaşının hicrәtindәn bir il keçdikdәn sonra, İmam Rza (әlәyhis-salam)-ı görmәk şövqündә olan hәzrәt Mә’sumә (ә) bir dәstә qardaşı vә qohumu ilә Xorasana tәrәf yola düşdü. Keçdiklәri bütün şәhәr vә mәhәllәlәrdә xalq onları tәntәnә ilә qarşılayır, onlara qarşı mәhәbbәt vә qonaqpәrvәrlik göstәrirdilər. Hәzrәt Mә’sumә (ә) da böyük bibisi hәzrәt Zeynәb (ә) kimi, qardaşı İmam Rzanın (ә) mәzlumiyyәti vә qürbәtini müsәlman xalqlara çatrırır, hәmçinin onlara özü vә Əhli-beytin Abbasi sülaləsinin hiylәgәr xilafətinə qarşı olan müxalifәtini bәyan edirdi. Karvan, «Savә» şәhәrinә çatdıqda, hökumәt mә’murlarının himayә etdiyi bir dәstә, onların qabağını kәsәrәk, onlarla vuruşmağa başladılar. Nәticәdә tәxminәn karvanın bütün kişilәri şәhid oldu. Hәzrәt Mә’sumә (ә) isә zәhәrlәndi. Hәr halda o hәzrәt ya qәm-qüssә çoxluğu, yaxud da zәhәr nәticәsindә xәstәlәndi vә Xorasana getmәkdәn aciz qalıb, Qum şәhәrinә tәrәf yola düşdü. O hәzrәt (ə) soruşdu: Bu «Savә» şәhәrindәn «Qum» şәhәrinәdәk nә qәdәr yol var? Yolun miqdarını o hәzrәtә (ə) dedikdә, buyurdu: «Mәni Qum şәhәrinә aparın. Çünki atamdan (İmam Kazimdən) eşitmişdim ki, (belә) buyururdu: «Qum şәhәri bizim ardıcıllarımızın mәrkәzidir». Qum şәhәrinin ağsaqqalları bu sevindirici xәbәri eşitdikdә, o hәzrәti (ә) qarşılamağa getdilәr. «Әş’әri» qәbilәsinin ağsaqqalı «Musa ibn Xәzrәc» o hәzrәtin dәvәsinin cilovunu tutmuş, xalqın çoxu isә piyada vә minik halında hәzrәtin (ə) әylәşdiyi kәcavәni әhatәyә almışdılar. Hәzrәt Mә’sumә (ә) hicri-qәmәri tarixi ilә 201-ci ilin tәqribәn Rәbiul-әvvәl ayının 23-dә müqәddәs Qum şәhәrinә daxil oldu. Daha sonra «Mir meydanı» adlanan bir yerdә (Musa ibn Xәzrәcin şәxsi mәnzili qarşısında) kәcavәdәn enib, onun qonağı oldu. O hәzrәt (ə) on yeddi gün müddәtindә bu şәhәrdә yaşamış vә bu müddәtdә ibadәtlә mәşğul olmuşdur. O hәzrәtin (ə) ibadәt etdiyi yer, bu günәdәk «Sittiyyә mәdrәsәsindә» - «Beytun-nur» adı ilә mәşhurdur. O yer hal-hazırda ziyarәtgah sayılır. Belәliklә dә Rәbius-sani ayının onu vә digər rәvayәtә әsasәn on ikisi (201 h. q.), hәzrәt Mə`sumə (ə) öz qardaşı İmam Rza (әleyhis-salam)-ı görmәdәn, qürbәt yerdә böyük qәm-qüssә ilә dünyasını dәyişib, Əhli-beyt (ə) məzhəbinin ardıcıllarını matәmә qәrq etdi. Qum әhalisi o hәzrәtin (ə) pak bәdәnini böyük tәntәnә ilә «Babilan bağına» (bu günkü hәrәm yerinə) apardılar. Qәbr hazır olduqda, o hәzrәtin (ə) kimin әli ilә dәfn edilmәsindә çәtinliklә üzlәşdilәr. Elә bu vaxt qiblә tәrәfdәn üzlәrinә niqab çәkmiş iki atlı sür’әtlә onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qәbrin içәrisinә daxil oldu, digәri isә hәzrәtin (ə) pak cәsәdini qaldıraraq ona verdi. O iki nәfәr, işlәrini qurtardıqdan sonra heç bir kәslә danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. Hәzrәt Mә’sumәnin (ә) dәfnindәn sonra Musa ibn Xәzrәc onun müqәddәs qәbrinin üzәrindә qamışdan toxunmuş hәsirdәn bir örtük düzәltdi. Hicri-qәmәri tarixi ilә 256-cı ildә isә İmam Cavad (әleyhis-salam)-ın qızı Zeynәb (ә), o hәzrәtin qәbri üzәrindә ilk dәfә olaraq günbәz tikdirdi. Belәliklә dә hәzrәt Mә’sumә (әlәyha salam)-ın müqәddәs qәbri Әhli-beyt (әleyhimus-salam)-ın ardıcılları, hәmçinin vilayәt vә İmamәt aşiqlәrinin ziyarәtgahı vә şәfa yerinә çevrildi. Müqəddəs məzarı nurla dolsun.

Печать    

Комментарии


 






Последние статьи раздела

MƏHƏRRƏM AYI İLƏ BAĞLI MÜRACİƏT

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ Əziz bacı və qardaşlar! Ey Hüseyn (ə) aşiqləri! Ey Mehdi (ə.f.) müntəzirləri!

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

KƏRBƏLA XANIMLARININ MÜQAVİMƏTİNƏ BİR BAXIŞ

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

KƏRBƏLA QƏHRƏMANI HƏZRƏT ZEYNƏB (ə) Zeynəbi hamımız yaxşı tanıyırıq. Qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir xanımd

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

Velayet güneşinden

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

İslam ümmeti içinde tefrika yaratmak ancak Müslümanların İslam öğretilerinden uzak kalmaları durumunda gerçekleşebilir ve maalesef son bir kaç asır içinde bu olayın gerçe

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

BİR ŞƏHİD ANASINDAN İBRƏT DƏRSİ

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

Süraqənin oğlu Harisənin Bədr döyüşündə boğazından bir ox dəydi və qəhrəman bala şəhid oldu. Onun şəhid olmasının xəbəri Mədin<

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

HƏZRƏT MUHƏMMƏD (S.A.A.V) PEYĞƏMBƏR

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

Həmd olsun, pak və münəzzəh Allaha ki, bəşəriyyətə nicat, aləmlərə rəhmət Muhəmməd (s) və onun pak ailəsini bizlərə rəhbər və nümu

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

VƏHABİLİK İSLAM DİNİ İÇƏRİSİNDƏ TƏFRİQƏ YARATMAQ VASİTƏSİDİR

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

«Vəhhabilik» dünyada ən çirkin siyasət aparan hegemon dövlətlərin (ABŞ, Böyük Britaniya və s.) yaratdığı və istifadə etdiyi, ifrat və İslamdan uzaq ideologiyaya

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

ŞƏHİDLİK UCA BİR ZİRVƏDİR

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

Şəhid Mütəhərrinin tarixi xütbəsinin xülasəsi

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

QƏDİR-XUM BAYRAMININ ƏMƏLLƏRİ

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

Əziz mömin bacı və qardaşlar! Qədir-Xum bayramınız mübarək! Qədir-Xum Bayramı münasibəti ilə tövsiyə edilən əməlləri sizlərə təq

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

HƏZRƏT MƏSUMƏ (ə) HAQQINDA VƏ XANIMIN ZİYARƏTİ HAQQINDA HƏDİSLƏR

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

Xanım Fatimeyi-Məsuməni (s.ə) ziyarət etmək üçün Əhli-beytdən (ə) bir çox hədislər nəql olunmuşdur ki, onların bəzisini nümunə olaraq sizin nəz&

  Подробнее |    в отдельном окне

Последние статьи раздела

ALLAHIM! BİZLƏRİ RAZILIĞIN OLAN İŞLƏRƏ DOĞRU SÖVQ ET!

Дата публикации 11.01.07   Время публикации 15:57:20    Прочитано 595

«Yaşadığımız Zilhiccə ayı, ruhi zənginliyə nail olmaq üçün dinimizin insana təklif etdiyi ən mübarək fürsətlərdəndir, - deyə İçəri

  Подробнее |    в отдельном окне