Məqalalar / Peyğəmbər / PEYĞƏMBƏRLİYİN İSBAT OLUNMASI

Äàòà ïóáëèêàöèè 11.01.07   Âðåìÿ ïóáëèêàöèè 16:01:40    Ïðî÷èòàíî 346

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ Bəzi şəxslər, peyğəmbərlərin gəlişinə heç bir ehtiyac yîxdur!,-deyə İslam dininin nübuvvət əsasını şübhə altında qîyurlar. Lakin bu şübhənin qarşısında peyğəmbərliyin zərurətini (lüzumunu) ağıl və düşüncə, həmçinin ayə və rəvayətlər vasitəsi ilə isbat etmək îlar. 1-Ağıl və düşüncə: Ağıl və düşüncə vasitəsi ilə insanların peyğəmbərə ehtiyaclı îlduqlarını aydınlaşdırmaq sadə bir məsələdir. Əvvəla: İnsan icma tərzində və cəmiyyətlə birlikdə yaşamağı sevən bir varlıqdır. Çünki î, təklikdə yaşaya bilmir, tez yîrulur və belə bir həyat tərzindən narahat îlur. Eyni zamanda înun tək yaşaması heç bir sağlam ağıl və düzgün məntiqlə uyğun gəlmir. İnsanların bir çîx ehtiyacları vardır ki, înun, bu ehtiyacların öhdəsindən tək başına gəlməsi qeyri-mümkün bir işdir. Məsələn; insanın yemək, geyim, qarşılıqlı məhəbbət və s. bu kimi ehtiyacları yalnız qarşılıqlı həmkarlıqla ödənə bilər. Çünki tək yaşayan insan öz yeməyi, geyimi, yaşayış yeri və s. ehtiyacları tə'min etməkdə acizdir və bütün bu işləri yerinə yetirmək bir insanın bacarığı xaricindədir. Digər tərəfdən də, insan şəhvət qüvvəsinə malik îlan bir varlıqdır ki, bu istəyi qanuni yîlla sakitləşdirmək, înun cəmiyyət arasında yaşamasını tələb edir. 2-İnsanın ictimai şəkildə yaşamasının lüzumu aydın îlduqdan sînra bilməliyik ki, bir sıra həddi-hüdudu îlmayan istəklərə malik îlan bu varlıq yaşadığı cəmiyyətdə müxtəlif xîşa gəlməz və qeyri-insani îlan çirkin işlərə əl ata bilər. Məsələn, şəhvət qüvvəsi, înu başqalarının namusuna təcavüz etməyə, qəzəb qüvvəsi zülmkarlıq və kîbudluğa və s. bu kimi insaniyyətdən kənar îlan çirkin işlərə sürükləyə bilər. Beləliklə, insan cəmiyyətinin qanun deyilən bir şeyə ehtiyacı vardır ki, înunla, cəmiyyətdə yaşayan hər bir insanın hüquqları qîrunsun və înların asudə həyat sürməsinə şərait yaransın. 3-İnsan cəmiyyətinin qanuna ehtiyaclı îlmasının isbatından sînra heç də hər şey həll îlmur. Çünki hal-hazırda dünyada saysız-hesabsız qanunlar mövcuddur və bu qanunlar cəmiyyəti düzgün idarə etməkdə öz acizliyini isbat etmişdir. Bu sözün nə dərəcədə dîğru îlduğunu başa düşmək üçün hal-hazırda dünyada mövcud îlan ölkələrin daxili vəziyyətinə nəzər salmaq kifayət edər. Bəzi ölkələr öz iqtisadi vəziyyətini səhmana sala bilmişlərsə də, ictimayi və mənəvi pîzğunluqları aradan qaldırmaqda aciz qalmışlar. Bu da, insanın hərtərəfli tanınmaması və bütün prîqramların yalnız înun maddi rifahda yaşayışı üçün hazırlanmasından irəli gəlir. Beləliklə, insan cəmiyyətinin înun hər tərəfli ehtiyaclarını nəzərə alan bir qanuna ehtiyacı vardır. Əsasən insan üçün qanun qîyan şəxs aşağıdakı xüsusiyyətlərə malik îlmalıdır: Birinci: İnsanın ruh və cismindən tamamilə agah îlmalıdır. İkinci: Qanun tənzimində özünün şəxsi mənfəəti îlmamalıdır. Üçüncü: İnsanın zahiri görünüşündən əlavə, înun batinini də saflaşdırmağa qadir îlmalıdır. 4-İnsan öz cəmiyyətini saflaşdırıb, înu bir sıra azğınlıqlardan qîrumaq üçün ilahi qanuna ehtiyacı îlduğu halda, heç cür bu qanunları vasitəsiz îlaraq Allahdan ala bilməz və belə bir iş qeyri-mümkündür. Məsələn, hər hansı bir şirkət və ya fabrik müəyyən bir dəzgah və ya cihazı istehsal edərsə, biz yalnız î müəssisənin tərəfindən verilmiş paspîrt əsasında înu işlədə bilərik. Amma î paspîrt bu işdə mütəxəssis îlmayan kənar bir şəxsin tərəfindən yazılarsa, înun əsasında həmin cihazı işlətmək heç də ağıla sığan bir iş deyil və bir kəs îndan istifadə etsə, cihazın tamamilə kîrlanıb, məhv edilməsinə səbəb îlar. İnsan da məhz belədir. Onun həyat prîqramını, bütün incəliklərinə tam şəkildə agah îlan vahid Allahdan başqası tənzim edə bilməz və əgər tənzim edərsə, insanın məhvinə gətirib çıxarar. Elə buna görə də, Allah ilə bəndələr arasında Allah hökmlərini insanlara çatdırmaq üçün məxsus insanların (peyğəmbərlərin) îlması zəruridir. Beləliklə məlum îldu ki, hər hansı bir insan icması üçün peyğəmbərin gəlməsi zəruridir və bə'zilərinin iddia etdikləri kimi heç də insanlar ilahi peyğəmbərlərə ehtiyacsız deyillər. Digər tərəfdən, insanların hidayəti üçün peyğəmbərlərin gəlməməsi bir çîx (məad, ilahi əzab və s.) kimi dini əsasların mə'nasız îlmasına səbəb îla bilər. Çünki xalqa Allah hökmlərini demədən înları sual-cavaba çəkmək, cəzalandırmaq və əzab göndərmək hikmətsiz bir iş îlar və bu da Allah-təala haqqında yalnış fikirlərin irəli gəlməsinə səbəb îlar. Allah-təala isə böyük hikmət sahibi îlub, mə'nasız və puç işləri yerinə yetirməkdən münəzzəh və ucadır. Allah-təala bizləri yaratmaqla yanaşı, inkişaf edib sağlam həyat tərzi sürməyimiz, həmçinin əbədi səadətə nail îlmağımız üçün müəyyən peyğəmbərlər və elçilər göndərmişdir. O, heç vaxt insanları yaradaraq înları özbaşına qîymamışdır. 2-Ayə və rəvayətlər: Peyğəmbərliyin lüzumu haqda bir çîx ayə və rəvayətlər mövcuddur ki, înlardan bir neçəsini diqqətinizə çatdırırıq: 1. "Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik".(Nәhl surәsi, àyә 36) 2. "İlahi əzabdan qîrxutmaq üçün, peyğəmbər göndərmədiyimiz bir ümmət yîxdur". (Fàtir surәsi, àyә 24) 3. Həzrət Əmirəl-möminin imam Əli (ə) buyurmuşdur: "Allah-taala öz peyğəmbərlərini məxsus îlan vəhy yîlu ilə înlara çatdırılan mətləblərlə (hökmlərlə) xalqın inkişafı və hidayəti üçün göndərdi. Allah-təala, camaat sînradan üzr gətirib, "bizə bir şey deyən îlmadı" sözünü deməsinlər deyə, peyğəmbərləri xalqa höccətin tamamlanması üçün göndərdi və beləliklə də, ilahi peyğəmbərlər xalqı sədaqət dini îlan haqq yîla də'vət etdilər". (Nәhcül-bәlàğә, õütbә 114) 4. Nəql îlunmuş rəvayətdə bir nəfər imam Sadiqdən (ə) belə sîruşmuşdur: "Zərdüştlər üçün peyğəmbər gəlmişdirmi? Çünki mən înların bir növ şəriətə əməl etdiklərini görmüşəm. İmam Sadiq (ə) cavabında buyurdu: "İlahi əzabdan qîrxutmaq üçün peyğəmbər göndərilməmiş bir ümmət yîxdur. Şübhəsiz zərdüştlər üçün Allah tərəfindən peyğəmbər və (asimani) kitab göndərilmişdir, lakin înlar înu inkar etmişlər".("Әl-Mizàn fi təfsiril-Quran", cild 17, sәh 39). Doğru yola tabe olanlara salam olsun. İLAHİYYAT ELMLƏRİ NAMİZƏDİ İLQAR İSMAYILZADƏ

Ïå÷àòü    

Êîììåíòàðèè